Sen 02, 2020 07:22 Asia/Baku
  • Nüvə anlaşması üzvləri Amerikanı bu anlaşmanın iştirakçısı kimi tanımrlar

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən gecə Vyanada, nüvə anlaşmasının müştərək komissiyasının iclası başa çatdıqdan sonra vurğulayıb ki, bu anlaşmanın üzvləri Amerikanı anlaşmanın iştirakçısı kimi tanımrlar.

SəhərAzəri xəbər verir, O, bildirib ki, nüvə anlaşması tərəfləri bu anlaşma daxilindəki mexanizmlərdən və ya BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindən istifadə ilə bağlı Amerikaya bir haqq vermirlər.

Seyyed Əbbas Əraqçi IRIB müxbiri ilə müsahibədə qeyd edib ki, nüvə anlaşması tərəfləri Amerikanın Nyu-Yorkda tətik mexanizmindən istifadə üzrə səylərini qanunsuz və təsirsiz bilir və bu qənaətdədirlər ki, bu addım təsirli ola bilməz.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini və nüvə anlaşmasının müştərək komissiyasının koordinatoru Helqa Şmidt də çərşənbə axşamı günü gecə bu komissiyanın 16-cı iclası bitdikdən sonra bir bəyanatda Amerikanın birtərəfli surətdə nüvə anlaşmasını tərk etməsinə toxunub və deyib: Nüvə anlaşması tərəfləri bu iclasda təsdiq etdilər ki, Amerika BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi altında bu təşkilatın İrana qarşı sanksiyalarının geri qaytarılması prosesinə başlaya bilməz.

Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət şöbəsinin müdiri də çərşənbə axşamı günü gecə Vyanada nüvə anlaşmasının müştərək komissiyasının iclası başa çatdıqdan sonra vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının tətik mexanizmindən istifadə və BMT-nin İrana qarşı sanksiyalarını geri qaytarmaq üzrə səylərinin qanuni əsası yoxdur.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Vyanada nüvə anlaşmasının müştərək komissiyasının iclası başa çatdıqdan sonra bildiribdir ki, nüvə anlaşması tərəfləri böyük əksəriyyətlə Amerikanın BMT-nin İrana qarşı sanksiyalarını geri qaytarmaq üzrə səylərinə qarşı çıxdılar.

Nüvə anlaşması üzvləri çərşənbə axşamı günü gecə Vyanada nüvə anlaşmasının müştərək komissiyasının iclası çərçivəsində bir araya gəldilər ki, Amerikanın təkvektorluluqları qarşısında bu anlaşmanı qorumaq üçün digər bir addım atmış olsunlar.

Nüvə anlaşması tərəfləri həmin iclasda bu beynəlxalq anlaşmanın qorunması vacibliyini vurğulayıblar.

Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının yeni dövri sədri də vurğulayıbdır ki, onun sədrliyi dövründə bu şura tərəfindən BMT-nin İrana qarşı sanksiyalarının geri qaytarılması istiqamətində bir addım atılmayacaqdır.

Ölkəsi sentyabr ayından BMT Təhlükəsizlik Şurasının dövri sədri olan Nigerin BMT-dəki nümayəndəsi çərşənbə axşamı günü gecə bildirdi ki, o, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının geri qaytarılması istiqamətində tətik mexanizmini fəallaşdırmaq üzrə Amerikanın bildirişi barədə heç bir addım atmayacaq, çünki bu şuranın üzvləri arasında bu barədə ümumi rəy mövcud deyildir.

Amerika BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların müddətinin uzadılması barədə təqdim etdiyi qətnamə layihəsinin uğursuz qalmasından sonra nüvə anlaşmasından çıxmasına rəğmən, yalnız bu analşmada iştirak edən üzvlər üçün qorunub saxlanılan BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının geri qaytarılması istiqamətində tətik mexanizmindən istifadə etmək niyyətindədir.

Bu qərar Təhlükəsizlik Şurası üzvlərinin qətiyyətli müxalifəti ilə üzləşibdir.

Teqlər