Sen 02, 2020 14:15 Asia/Baku
  • İİR Ordusunun HHM qüvvələrinin iki mühüm nailiyyətinin təqdimatı olub

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin "Emad" və "Kaşef 99" adlı iki mühüm nailiyyəti bu gün bu qüvvələrin komandanı, briqada generalı Əlireza Səbbahifərdin iştirakı ilə təqdim edilib.

SəhərAzəri xəbər verir, "Emad" layihəsi döyüş zamanı düzgün reaksiya vermək, komandirlərin qüdrətini artırmaq və təlim keçirmək məqsədilə virtual şəraitdə real döyüş məkanının yaradılmasında yüksək işləkliyə malik olan layihələrdən biridir.

Sırf olaraq bir neçə inkişaf etmiş ölkənin ixtiyarında olan bu sistemin istifadəyə verilməsilə hava hücumundan müdafiə sahəsində, müharibə oyunu sistemləri istehsalının inhisarı sındırıldı və İran da bu modern müdafiə üzrə xüsusi ssenarisiyə malik olan az sayda ölkələr sırasına qatıldı.

"Kaşef 99" sistemi də Hava Hücumundan Müdafiə Qüvvələrinin qısa mənzilli hava obyektlərini aşkarlamaq və on iki kilometrlik mənzilli həssas məntəqələri əhatə etmək məqsədilə istifadəyə verilib. Bir neçə bloklu qabiliyyətdən istifadə ilə/ xırda ölçülü uçan obyektləri aşkar etmək istiqamətində də bu sistemdən istifadə oluna bilər.

Xırda ölçülü uçan obyektləri aşkar etmək xas mürəkkəbliklərə malikdir və dünya səviyyəsində günün problemlərindən biridir. Bu sistemin istehsal inhisarı sırf olaraq bir neçə inkişaf etmiş ölkənin ixtiyarındadır.

Xırda ölçülü uçan obyektləri üç ölçülü formada aşkar etmək qüdrəti, sürətli reaksiya üzrə taktiki qabiliyyət, 24 saatlıq iş davamlılığı, bucaqölçmənin dəqiqliyini artırmaq və hədəflərin hündürlüyünü çıxarmaq üzrə yeni metodlardan istifadə, "Kaşef 99" sisteminin tətbiqi və xüsusiyyətlərindəndir.

Bugünkü mərasimdə bir neçə digər nailiyyətin də təqdimatı olubdur.

Teqlər