İran və Rusiya süni intellekt sahəsində əməkdaşlıqları genişləndirir
İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini və Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini süni intellekt sahəsində əməkdaşlıqların genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
SəhərAzəri xəbər verir, İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Həmid Fəttahi İran-Rusiyanın əməkdaşlıq qrupunun rabitə və informasiya texnologiyaları sahəsində onlayn formatda keçirilən ikinci iclasında iki ölkə arasında telekommunikasiya və poçt, rabitə xidmətləri və rəgəmsal iqtisadiyyat, həmçinin təhsil və tədqiqat sahəsində əməkdaşlıqların genişləndirilməsini məmnuniyyətlə qarşılayıb.
Rusiyanın rəgəmsal inkişaf nazirinin müavini Maksim Parşin də ölkəsinin 2018-ci ildən bəri öz inkişaf mehvərlərindən birinin rəgəmsal mühitin yaradılması olduğunu bildirərək, deyib: "Moskva elektronika və ağıllı şəhərlər sahəsindəki təcrübələrini İranla bölüşməyə hazırdır".