Prezident Həsən Ruhaninin iştirakı ilə
İranda 2020-2021təhsil ili üçün "ilk zəng" çalındı
Sen 05, 2020 08:35 Asia/Baku
İran prezidentinin göstərişi ilə təhsil naziri tərəfindən 2020-2021 təhsil ili üçün "ilk zəng" çalındı.
Səhər Azəri bildirir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü koronavirus pandemiyası ilə mübarizə istiqamətində alınan tədbirlərə uyğun olaraq video-konfrans formatında Tehranın oğlan məktəblərindən birində keçirilən "ilk zəng" mərasimində 2020-2021-ci təhsil ili üçün ilk zəngin çalınmasına dair göstəriş verib.
Koronavirus pandemiyasını nəzərə alaraq ölkənin bəzi məntəqələrində yeni təhsil ilində dərslər virtual qaydada təşkil olunacaq.