Tezliklə İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələri qovuşacaq
Tezliklə İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələri bir-birilərinə qovuşacaqlar.
SəhərAzəri xəbər verir, İranın energetika naziri bildirib ki, qarşıdakı aylarda İran-Azərbaycan Respublikası-Rusiya elektrik qovşağının yaradılması üzrə araşdırma layihəsi başa çatacaq və ondan sonra icra əməliyyatı başalanacaqdır.
Reza Ərdəkaniyan sonra deyib: Üç ölkə razılaşdı ki, İran-Azərbaycan Respublikası-Rusiya istiqamətində layihənin məsuliyyəti bir iranlı texniki müşavir şirkətinə tapşırılsın. Bu müşavir seçilib və öz işinə də başlayıbdır.
O, sonra deyib: İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələrinin bir-birilərinə qovuşdurulması son dərəcə vacib və tələb olunan bir layihədir.
İki həftə bundan öncə Rusiyanın xarici işlər naziri Moskvada öz azərbaycanlı həmkarı ilə görüşdə ölkəsinin İran-Azərbaycan Respublikası-Rusiya elektrik qovşağının yaradılmasına əzmkar olduğunu bildirmişdi.
Sergey Lavrov Ceyhun Bayramov ilə görüşdə bu mətləbi bildirərək, demişdi ki, Moskva və Bakı qeyd olunan layihənin icrasına qərarlıdırlar.