Salehi: "İran sabit izotopları zənginləşdirmə elminə yiyələnib"
İranın Atom Enerjisi Təşkilatının sədri Deyib: "İran İslam Respublikası az sayda ölkələrdəndir ki, sabit izotopları istehsal və zənginləşdirə bilir və onunla bağlı texnalogiyaya yiyələnibdir".
SəhərAzəri xəbər verir, Əli Əkbər Salehi Bu təşkilatın sabit izotopların laboratoriya səviyyəsində istehsalı sahəsində Rusiya ilə əməkdaşlıq etdiyini bəyan edərək, qeyd edib ki, sabit izotopların zənginləşdirmə zəncirinin düzülüşünü İranlı mütəxəssislər dizayn ediblər.
Bu təşkilatın səhiyyə və sağlamlıq, həmçinin radioaktiv dərmanlar sahəsində fəaliyyətinə toxunan, İranın Atom Enerjisi Təşkilatının sədri xatırladıb: "İran indiyədək bu sahədə dəyərli nailiyyətlər əldə edib və bu irəliləyiş güclü şəkildə davam etdirilir".
Sabit izotopların qaz sentrifuqaları üsulu ilə istehsalı layihəsinin ikinci fazasının infrastrukturunun inşasına başlanma mərasimi sentyabrın 12-də İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və bu təşkilatın bir sıra müavinləri və müdirlərinin iştirakı ilə Fordo nüvə mərkəzində keçirilib.