İran əleyhinə sanksiyaların bərpa edilməsi məsələsi ilə bağlı
Quterreş ABŞ-ın bildirişinə reaksiya verib
BMT-nin baş katibi ABŞ-ın İran əleyhinə beynəlxalq sanksiyaların bərpa edilməsinə dair bildirişinə reaksiya verib.
Səhər Azəri bildirir ki, Antonio Quterreş Təhlükəsizlik Şurasına xitabən dəqiq məlumatın olmadığına görə ABŞ-ın İran əleyhinə sanksiyaların bərpa edilməsinə dair istəyi ilə bağlı hansısa addımın atılması mümkün deyil.
ABŞ dövlət katibi Mayk Pompeo avqust ayında BMT-nin Təhlükəsizlik Şurasında İran əleyhinə beynəlxalq sanksiyaların bərpa edilməsinə dair bir proses başladıb. Pompeo İran əleyhinə silah qadağasının müddətinin uzadılmasını istəsə də, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü bu istəyə qarşı çıxıb. Təhlükəsizlik Şurasının üzvləri ABŞ-ın 2015-ci ildə İran ilə nüvə anlaşmasından çıxdığını bildirərək, Vaşinqtonun İran əleyhinə sanksiyaların bərpa edilməsi üzrə "Tətik" mexanizmindən istifadə etməyə səlahiyyətinin çatmadığını vurğulayıblar.