Sen 21, 2020 13:03 Asia/Baku

"Müqəddəs Müdafiə dövrü və mübarizlərinin əhəmiyyətini dərk etmək üçün baş vermiş hadisənin əzəmətini və böyüklüyünü dərk etmək lazımdır"

Səhər Azəri bildirir ki, bu sözləri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei "Müqəddəs Müdafiə" həftəsinin 40-cı ildönümünə həsr olunmuş anım mərasimində deyiblər. 

Həzrət Ayətullah Xamenei "Müqəddəs Müdafiə" həftəsinin 40-cı ildönümünə həsr olunmuş anım mərasimində baş vermiş hadisənin sadəcə iki qonşu ölkə arasında çıxan savaş olmadığına, pərdə arxasında başqa qüdrətlərin dayandığına diqqət çəkiblər: "İmam Xomeyni(rə)-in böyük işi elə ilk başdan düşməni düzgün tanıması oldu. Bu savaşda həqiqi düşmənin kim olduğunu anladı və Səddamın sadəcə bir vasitə olduğunu dərk etdi. Elə buna görə də İmam(rə) öz çıxışlarının birində belə demişdi: "Amerika Sovet İttifaqından, Sovet İttifaqı da Amerikadan pisdir. İngiltərə isə ikisindən də pisdir." Yəni, müharibə meydanında başlıca düşmənlərin onlar olduğunu anlamışdı.

İmamın(rə) ikinci önəmli işi, xalqın bu böyük məsələnin öhdəsindən gələ biləcəyini dərk etməsi oldu. İmam(rə) anlamışdı ki, bu məsələ sırf silahlı qüvvələrin məsələsi deyil, xalqın məsələsidir. Xalq ayağa qalxmalı və məsələyə müdaxilə etməli idi. İslam İnqilabını qələbəyə aparan İran xalqı olduğu kimi, müharibəni də qələbəyə İran xalqı aparmalı idi. Və İmam(rə) bunu dərk etmişdi və elə hadisələri də bu istiqamətə yönləndirdi. Nəticədə, böyük bir xalq hərəkatını formalaşdırdı."

 

 

Teqlər