BMT Baş Assambleyasının 75-ci sessiyasında
Ərdoğan: İranın nüvə işi diplomatiya yolu ilə həll edilməlidir
Sen 22, 2020 19:35 Asia/Baku
İranın nüvə işi siyasi və diplomatiya yolu ilə həll edilməlidir.
Səhər Azəri bldirir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasında etdiyi çıxışda deyib.
Rəcəb Təyyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bir daha Təhlükəsizlik Şurasının strukturunu tənqid edib və deyib: Təhlükəsizlik Şurasının strukturuna dəyişiklik edilməli və BMT-də daxili əməkdaşlıqları gücləndirməliyik.
Videokonfrans formatında keçirilən iclasda çıxışı zamanı Türkiyə prezidenti İranın nüvə işinin də diplomatiya yolu ilə həll edilməsinə təkid edib.
Ərdoğan daha sonra Suriya böhranına işarə edib və deyib: Bu böhranın BMT-nin qətnamələri çərçivəsində həll edilməsinə diqqət göstərilməlidir.