İran və Rusiya ABŞ-ın İrana qarşı sanksiyalarla bağlı səylərini qanunsuz adlandırdılar
https://azeri.sahartv.ir/news/İran-i367681-İran_və_rusiya_abŞ_ın_İrana_qarşı_sanksiyalarla_bağlı_səylərini_qanunsuz_adlandırdılar
İran və Rusiya xarici işlər nazirləri müavinləri ABŞ-ın İrana qarşı TŞ-nin qətnamələrinin bərpa edilməsinə dair səylərinin qanunsuz olduğunu vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2020 12:57 Asia/Baku
  • İran və Rusiya ABŞ-ın İrana qarşı sanksiyalarla bağlı səylərini qanunsuz adlandırdılar

İran və Rusiya xarici işlər nazirləri müavinləri ABŞ-ın İrana qarşı TŞ-nin qətnamələrinin bərpa edilməsinə dair səylərinin qanunsuz olduğunu vurğulayıblar.

Səhər Azəri bildirir ki, İran və Rusiya xarici işlər nazirləri müavinləri Seyid Abbas İraqçı və Sergey Ryabkov Moskvada görüşüb danışıqlar aparıblar. 

Görüşdə ABŞ-ın İrana qarşı Təhlükəsizlik Şurasının ləğv edilmiş sanksiyalarını bərpa etmək üzrə səylərinin qanunsuz olduğuna təkid edilib. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Moskva səfərində müşayiət edən Abbas İraqçı və Sergey Ryabkov arasında baş tutan görüşdə əsas müzakirə mövzusu nüvə anlaşmasının qorunması və bütün tərəflərin öz öhdəliklərinə əməl etməsi olub.

Görüşdə ikitərəfli əlaqələr də diqqət mərkəzində saxlanılıb.