Sen 27, 2020 13:13 Asia/Baku
  • Əhatəli və davamlı təhlükəsizlik müqəddəs müdafiənin mühüm nailiyyətidir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran xalqı üçün hərtərəfli və stabil təhlükəsizliyi müqəddəs müdafiənin vacib uğuru adlandırıb.

SəhərAzəri xəbər verir, General-mayor pasdar Mohəmməd Baqeri İranın birinci telekanalı ilə müsahibədə vurğulayıb ki, müqəddəs müdafiədən əldə olunan çəkindiricilik, misilsizdir. O, deyib: Səkkiz il müqəddəs müdafiədən sonra məlum oldu ki, əgər düşmən İrana qarşı müharibəyə başlayarsa, onun bitirilməsi düşmənin ixtiyarında olmayacaqdır.

General Baqeri bildirib ki, müqavimət mehvəri, Livan Hizbullahı və Yəmən Ənsarullahının təşkili, müqəddəs müdafiənin nəticəsi və nailiyyətidir. O, söyləyib: Sionist rejimin Livan Hizbullahı ilə 33 günlük savaşında dünya xalqları Hizbullahı müharibənin qalibi elan etdilər, zira bu hərəkat özünün elan olunmuş hədəflərinə çatdı, sionist rejim isə çox sayda yaralı və tələfat verməklə bu müharibədən geri oturdu.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin sionist rejimin “Nildən Fəratadək” şüarına işarə ilə söyləyib: Sionist rejim hazırda qapandığı Qəzzə zolağında özünü sübut etməyə çalışır və əgər Amerikanın və Qərbin sionist rejimi himayə etmələri kəsilərsə, bu rejim tez bir zamanda çökəcəkdir.

Teqlər