Aslanduz şəhərinə bir neçə mərmi düşüb
https://azeri.sahartv.ir/news/İran-i367791-aslanduz_şəhərinə_bir_neçə_mərmi_düşüb
Ərdəbil vilayətində İran sərhəddi yaxınlığında Azərbaycan ilə Ermənistan arasında hərbi toqquşmaların yenidən başlanmasından sonra Aslanduz şəhərinin icra başçısı bir bildiriş yayaraq, bölgə əhalisini sərhəd zonasına yaxın ərazilərdə olmaqdan çəkinməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2020 16:50 Asia/Baku
  • Aslanduz şəhərinə bir neçə mərmi düşüb

Ərdəbil vilayətində İran sərhəddi yaxınlığında Azərbaycan ilə Ermənistan arasında hərbi toqquşmaların yenidən başlanmasından sonra Aslanduz şəhərinin icra başçısı bir bildiriş yayaraq, bölgə əhalisini sərhəd zonasına yaxın ərazilərdə olmaqdan çəkinməyə çağırıb.

SəhərAzəri xəbər verir, Bildirişdə deyilir: "Bu gün və dünən qarşıdurma tərəflərinin səhv hesablamaları səbəbindən bir neçə mərmi Aslanduz şəhərinin əkin sahələrinə və dəmyə ərazisinə düşüb ki, bununla bağlı İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən qarşıdurma tərəflərinə lazımi xəbərdarlıqlar edilib.

Ərdəbil vilayətinin sərhəd sakinləri xüsusilə Aslanduz şəhərinin əhalisi Ermənistanla Azərbaycan arasıbdakı hərbi əməliyyatların nəticəsində baş verən bəzi partlayışlar və artilleriya atəşinin səsini eşidirlər.

Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə 369 kilometr sərhəddi var.