İranda 4 elm, texnologiya və kənd təsərrüfatı layihəsi istifadəyə verilib
Okt 01, 2020 12:58 Asia/Baku
İran İslam Respublikası prezidentinin iştirakı ilə dörd elm, texnologiya və kənd təsərrüfatı layihəsi istifadəyə verilib.
SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün İranın Əlborz vilayətində «BIORUN» biofosfat istehsal xətti, plazmadan alınan məmulatların istehsal layihəsi; Tehran vilayətində qadınlarda «uşaqlıq ağzı” xərçəngi vaksini üzrə istehsal layihəsi, Mərkəzi vilayətdə isə “sertralin” dərmanı xammalının istehsal layihəsini istifadəyə verib.
Bu dörd layihənin icra edilməsi üçün 504 milyard tümən kredit xərclənib və həmin layihələrin istifadəyə verilməsilə birbaşa şəkildə 339 sabit iş yeri yaranacaqdır.