Okt 10, 2020 22:16 Asia/Baku
  • İranda Covid-19-la bağlı son vəziyyət

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 403 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda üç min 875 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 1273 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 496 min 253 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 195 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 28 min 293 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 403 min 950 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər