Okt 11, 2020 20:08 Asia/Baku
  • İranda koronavirusa yoluxanların sayı əlli mini keçib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə üç min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 251 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 3 min 822 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 1724 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 500 min 75 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 251 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 28 min 544 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 406 min 389 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər