İranda koronadan sağalanların sayı 409 mini keçib
Ötən 24 saat ərzində İranda 4 mindən çox yeni koronavirus xəstəsi aşkar edilib
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.
Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 4 min 206 yeni COVID-19 xəstəsi aşkar edilib. 2063 nəfər xəstəxanaya yerləşdirilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 504 min 281 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 272 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 28 min 816 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 409 min 121 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.