Tezliklə koronavirus vaksini insan nümunəsi üzərində sınaqdan keçiriləcək
İranın səhiyyə naziri daxildə istehsal olunmuş koronavirus vaksininin heyvan üzərindəki sınağının müsbət nəticələrinə işarə ilə bildiribdir ki, tezliklə bu vaksinin insan nümunəsi üzərində sınağı başlanacaq.
SəhərAzəri xəbər verir, Səid Nəməki dünən səhiyyə nazirlərinin Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi bölgəsi üzrə videokonfrans formasında keçirilən 67-ci iclasında deyib: Bəzi ölkələr qrip vaksininin İrana idxal edilməsi sahəsində bir çox problem yaratdılar və qiymət artımından əlavə, bu vaksinin idxal edilməsi üçün maneələr mövcuddur.
Nəməki bildirib ki, Amerikanın qəddarcasına sanksiyaları Remdesivir və Favipiravir kimi dərmanların təmini üçün bir çox problem yaradıbdır. O, sonra deyib: Bu dərmanlar hal-hazırda İranda istehsal edilir və ölkədə yeddi tədqiqat qrupu da koronavirus vaksininin istehsalı üzərində işləyir.
İranın səhiyyə naziri daxildə istehsal olunmuş koronavirus vaksininin heyvan üzərindəki sınağının müsbət nəticələrinə işarə ilə bildiribdir ki, tezliklə bu vaksinin insan nümunəsi üzərində sınağı da başlanacaqdır.
Nəməki həmçinin Ümumdünya Səhiyyə Təşkilatından və digər regional və beynəlxalq təşkilatlardan istəyibdir ki, hərtərəfli təsirli əməkdaşlıqla qanunsuz birtərəfli sanksiyalara son qoyaraq, COVID-19 pandemiyasının tez bir zamanda başa çatmasını təmin etsinlər.