Okt 13, 2020 11:55 Asia/Baku

General Cavani deyib: Ümid edirik ki, Bakı və İrəvan hökumətlərinin ayıqlıqları ilə bölgə tezliklə bir sülh və atəşkəs və gərginliyin prinsipial həll olunmasını görəcəkdir.

SəhərAzəri xəbər verir, İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi müavini general Cavani BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm əsas ola biləcəyini vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə "Dağlıq Qarabağ" bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana aid olduğu qeyd olunur və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir: “Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycan müsəlman xalqına, xüsusən də bu bölgədəki şiələrə məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”.
General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib: “Azərbaycan Respublikası və Ermənistan Respublikası İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.

Teqlər