İranda koronadan sağalanların sayı 411 mini keçib
https://azeri.sahartv.ir/news/İran-i368341-İranda_koronadan_sağalanların_sayı_411_mini_keçib
Ötən 24 saat ərzində İranda 4 mindən çox yeni koronavirus xəstəsi aşkar edilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2020 14:32 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 411 mini keçib

Ötən 24 saat ərzində İranda 4 mindən çox yeni koronavirus xəstəsi aşkar edilib

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 4 min 108 yeni COVID-19 xəstəsi aşkar edilib. 1949 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 508 min 389 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 254 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 29 min 70 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 411 min 840 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.