Dini elmlər hövzələrinin rəisi vurğulayib:
Dağlıq Qarabağ Azərbaycana aiddir və İslam aləminin bir parçasidir
"Ümid edirəm ki, Azərbaycan alimləri, ali təhsillilər və elitaları, düşmənlərin İran və Azərbaycan xalqlari arasında təfriqə salmaq üçün sui-qəsdlərinin qarşısını alacaqlar".
SəhərAzəri xəbər verir, Dini elmlər hövzələrinin rəisi Ayətullah Əlirza Ərafi, bir bayanatda vurğulayıb: "Azərbaycan, xüsusən də Lənkəran, BadKubə və Dağlıq Qarabağ bölgəsi, şiə tarixində böyük alimlərin beşiyi olmuşdur və bu bölgənın alimləri həmişə elm səmasında və Alimlər Sahəsində parlayiblar. Bu bölgədəki 70 illik kommunist hökmranlıq belə bu bölgənin şərəfli, azad və səmimi insanlarının “İslam və Peyğəmbər (s) və Əhli-Beyt (ə)”-ə bağlılığını heç vaxt azaltmamışdır və hər zaman bu əziz və şərəfli millət İslam yolunda sabit qədəm olublar, təkəbbürlü və sionizmə və pozğun güclərə qarşı müqavimət göstəriblər.
Beynəlxalq müqavilələrə görə, Dağlıq Qarabağ Azərbaycana aiddir və İslam aıəminin bir parçasidir və bu torpaqdan ayrılmayandır".
Ayətullah Ərafi qeyd edib: "Hazirda fitnələrə qarşı tam ayıqlıqla Azərbaycanın ərazi bütövlüyünü qorumaq və İslam ölkələrində əcnəbilərin müdaxiləsinə qarşı durmaq müsəlmanların dini, şəri, mənəvi və insani vəzifəsidir".