İranda hava hücumundan müdafiə üzrə hərbi təlimlər keçiriləcək
İranda "Vilayət Səmasının Müdafiəçiləri-99" hava hücumundan müdafiə təlimləri İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH və Ordu arasında birgə şəkildə və Hava Hücumundan Müdafiə Qərargahının əməliyyat rəhbərliyi və nəzarəti altında sabahdan başlayacaq.
SəhərAzəri xəbər verir, "Vilayət Səmasının Müdafiəçiləri-99" hava hücumundan müdafiə təlimlərinin komandiri briqada generalı Əmir Qadir Rəhimzadə bu barədə deyib: "Bu təlimlər döyüş hazırlığını artırmaq və silahlı qüvvələrin hava hücumundan müdafiə qabiliyyətinin artırılması məqsədi daşıyır və Ordunun hava hücumundan müdafiə qüvvələrinin bölmələri, SEPAH-ın hava-kosmos qüvvələri və Ordunun hava qüvvələrinin iştirakı ilə Hava Hücumundan Müdafiə Qərargahının əməliyyat rəhbərliyi və nəzarəti altında, həqiqi döyüşə yaxın şəraitdə və ölkənin yarısından daha böyük bir sahədə keçiriləcək".