Okt 22, 2020 16:34 Asia/Baku
  • İranın ABŞ prezident seçkilərinə qarışması rədd olunub

İranın BMT-dəki nümyəndə heyətinin sözçüsü Tehranın ABŞ prezident seçkilərinə qarışması ittihamını rədd edib.

SəhərAzəri xəbər verir, Əlireza Mir Yusefi İran və Rusiyanı Amerika prezident seçkilərinə müdaxiləyə səy göstərməkdə ittiham edən ABŞ milli kəşfiyyat idarəsinin direktoru Con Li Retkliffin iddiasına cavab olaraq, deyib: Vaşinqtonun əksinə olaraq, Tehran digər ölkələrin seçkilərinə qarışmır və Amerika seçkilərinə qarışmağa maraq da göstərmir və onun nəticələrinə əhəmiyyət vermir.

Mir Yusefi söyləyib: Dünya Amerikanın öz prezident seçkilərinin nəticəsini şübhə altına almaq üzrə məyuscasına cəhdlərini ən yüksək səviyyədə müşahidə edir. O, sonra deyib: Bu ittihamlar puç ittihamlar olaraq, amerikalı seçicilərin seçkilərin təhlükəsizliyinə etimadlarını zəiflətmək üzrə digər bir ssenaridən savayı bir şey deyildir.

İranın BMT-dəki nümyəndə heyətinin sözçüsü həmçinin vurğulayıb: Amerika İrana qarşı bədxahcasına və təhlükəli ittihamlarına son qoymalıdır.

İlk dəfə deyildir ki, amerikalı rəsmilər digər ölkələri bu ölkənin seçkilərinə qarışmaqda ittiham edirlər.

Teqlər