Təxti Rəvançi: "ABŞ-ın təkvektorluluğu beynəlxalq qanunun aliliyini təhdid edir"
İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-ın birtərəfli yanaşmasını beynəlxalq hüququn aliliyi üçün bir təhdid kimi xarakterizə edib və korrupsiya ilə mübarizədə bəzi ölkələrin ikili və qeyri-səmimi yanaşmasını tənqid edib.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Məcid Təxti Rəvançi dünən BMT BAş Assambleyasının Hüquq Komitəsində milli və bəynəlxalq səviyyədə qanunun aliliyi mövzusunda keçirilən iclasında bu məsələni irəli sürüb.
O, hazırda ABŞ-ın birtərəfli yanaşması nəticəsində ciddi hücuma məruz qalan çoxtərəfliliyi BMT-nin vacib nailiyyətlərindən biri kimi dəyərləndirib və əlavə edib: "Bu təkvektorluğun bariz nümunələrini onun beynəlxalq təşkilatlar, müqavilələr və anlaşmaardan çıxması, ölkələrlə ticarət müharibəsinə başlaması və siyasi motivlərlə ölkələrə qarşı birtərəfli və sərt tədnirlər tətbiq etməylə iqtisadi və tibbi terrorizmə əl atmasında görmək olar.
İranın BMT-dəki daimi nümayəndəsi sözlərinin davamında deyib: "Beynəlxalq Ədalət Məhkəməsi və onun baş prokurorunu hədələmək, beynəlxalq maliyyə quruluşundan sui-istifadə etmək, BMT-nin qətnamələrini yerinə yetirdiyi üçün ölkələri cəzalandırmaq, Mərkəzi Bankın aktivlərini müsadirə etmək və BMT-yə bəzi üzv ölkələrin nümayəndələrinə gediş-gəliş məhdudiyyətləri tətbiq etməklə BMT qarşısındakı öhdəliklərini pozmaq, beynəlxalq səviyyədə qanunun aliliyinə ciddi şəkildə təhlükə yaradan ABŞ-ın unilateralizminin digər aspektlərindəndir.
Məcid Təxti Rəvançi İranın, öz suveren hüquqlarını təmin etmək üçün Beynəlxalq Ədalət Məhkəməsində iki hüquqi iş üzrə iddia qaldırdığını bildirərək, deyib: "Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi iki müvəqqəti məcburi qərar, həmçinin ABŞ-ın bəzi sahələr üzrə İran qarşısındakı ticarət maneələrini aradan qaldırmaq barədə öhdəliyinə təkid etməsi, bu ölkənin İran xalqına qarşı sanksiyalarının qanunsuz olduğuna dəlalət edir, Halbuki ABŞ-ın BMT-nin məhkəmə orqanının lazımlı qərarına cavabı sanksiyaları genişləndirmək olubdur".
O, bu iclasın mövzusu oaln korrupsiya ilə mübarizə və İranın daxilində görülən tədbirlər, o cümlədən çirkli pulların yuyulmasına qarşı qanunda dəyişikliklərə də toxunub və İran İslam Respublikasının BMT-nin korrupsiya ilə mübarizə konvensiyasına, o cümlədən onun əsas prinsipi kimi, korrupsiya nəticəsində ölkədən çıxarılan sərmayələrin qaytarılmasına sadiqliyinin vacibliyini vurğulayıb.
İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi bəzi ölkələrin bu qaydalara riayət etməməsini korrupsiyaya qarşı mübarizədə ikili və qeyri-səmimi bir yanaşma kimi dəyərləndirib ki, korrupsionerlərin fəaliyyətinin davam etdirilməsinə ə milli və beynəlxalq səviyyədə qanunun aliliyinin zəifləməsinə səbəb olacaq.