Sepahın Baş Komandanı Xudafərin sərhəd bölgələrini yoxladı
https://azeri.sahartv.ir/news/İran-i368985-sepahın_baş_komandanı_xudafərin_sərhəd_bölgələrini_yoxladı
Bazar ertəsi Sərdar Səlami Azərbaycan və Ermənistan Respublikalarının müharibə xəttinə baxış çəçivəsinənXudafərin sərhəd xəttini yoxlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2020 06:19 Asia/Baku

Bazar ertəsi Sərdar Səlami Azərbaycan və Ermənistan Respublikalarının müharibə xəttinə baxış çəçivəsinənXudafərin sərhəd xəttini yoxlayıb.

SəhərAzəri xəbər verir, General Hüseyin Səlami bu səfərdə, sərhədlərimizlə paralel olan mübahisəli ərazilər, ölkəmizdə düşdüyü raketlərin yeri və ölkəmizin bölgələrındəki vəziyyəti və vilayət sərhədlərini araşdırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah vurğulayıb: Sərhədlərimizdə əziz xalqımızın təhlükəsizliyinə və dincliyinə zərər verən hər hansı bir etibarsızlıq və təhlükə qəbuledilməzdir.
Qeyd edək ki, 35 min əhalisi olan Xudafərin şəhəri, ölkəmizin şimal-şərqində və Azərbaycan Respublikası ilə olan sərhədlərimizdə və Qarabağ müharibəsi xətti boyunca yerləşib.
27 sentyabr tarixində, Azərbaycan və Ermənistan Respublikaları arasında Dağlıq Qarabağ müharibəsinin başlanğıcından bəri ölkəmizə bir çox minaatan mərmiləri düşüb. Bu raketlər Şərqi Azərbaycanın sərhəd bölgələrindəki kəndlilərin evlərinə və əkin sahələrinə dəyərək əhalinin dincliyini pozub.