İran xalqından minlərlə nəfər Fransa səfirliyi önündə aksiya keçirib
https://azeri.sahartv.ir/news/İran-i369018-İran_xalqından_minlərlə_nəfər_fransa_səfirliyi_önündə_aksiya_keçirib
Tələbələr də daxil olmaqla İran xalqından minlərlə nəfər Fransa prezidenti Emmanuel Makronun anti-İslam sözlərinə reaksiyada bu ölkənin Tehrandakı səfirliyi önündə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2020 19:22 Asia/Baku
  • İran xalqından minlərlə nəfər Fransa səfirliyi önündə aksiya keçirib

Tələbələr də daxil olmaqla İran xalqından minlərlə nəfər Fransa prezidenti Emmanuel Makronun anti-İslam sözlərinə reaksiyada bu ölkənin Tehrandakı səfirliyi önündə aksiya keçirib.

SəhərAzəri xəbər verir, İran xalqı bu gün səhiyyə protokollarına riayət edərək, Tehran şəhərinin Nofl-le-Şato prospektində yerləşən Fransa səfirliyinin önündə geniş iştirakla aksiya keçiribdir. Aksiyaçılar Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hər cür hörmətsizliyə etiraz ediblər.

Aksiya iştirakçıları «Ləbbeyk, Ya Rəsulallah!», «Ya, Heydər!», «Amerikaya ölüm!», «Sionist rejimə ölüm!» və «Ali-Səuda ölüm!» şüarları veriblər.

Etirazçıların əllərində, üzərlərində «I love Mohammad» yazılmış plakatlar, həmçinin üzərində «Ləbbeyk, Ya Rəsulallah!» yazılmış bayraqla yanaşı, İran, Fələstin və Livan Hizbullahının bayraqları olubdur.