İranın Azərbaycan Respublikasındakı səfirliyi Bərdə hücumunu sərt şəkildə qınayıb
İran İslam Respublikasının Bakıdakı səfirliyi ermənilərin Azərbaycan Respublikasının Bərdə şəhərini raket atəşinə tutmasına və nəticədə mülki insanların həlak olmasına münasibətini açıqlayıb.
SəhərAzəri xəbər verir, Ermənistan qüvvələrinin dünən (28 oktyabr) Azərbaycan Respublikasının Bərdə şəhərinə raket hücumu nəticəsində 21 mülki şəxs həyatını itirib və 70 nəfər yaralanıb.
İran İslam Rsspublikasının Bakıdakı səfirliyi dünən bir bəyanat yayıb.
səfirliyin bəyanatında Azərbaycanın mülki obyektlərinin vurulması və insan tələfatını sərt şəkildə pisləyir və buna son qoyulmasını tələb edir.
İran səfirliyi hesab edir ki, mülki şəxslərə qarşı həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir və dərhal dayandırmalıdır.
Səfirlik həlak olanların yaxınlarının dərdinə şərik çıxdığını və onlara dərin hüznlə başsağlığı verdiyini qeyd edib, Allahdan ölənlərə rəhmət və yaralılara tez bir zamanda şəfa diləyib.