İranın şimal-qərb səması ordunun hava hücumundan müdafiə qüvvələrinin nəzarəti altındadır
https://azeri.sahartv.ir/news/İran-i369039-İranın_şimal_qərb_səması_ordunun_hava_hücumundan_müdafiə_qüvvələrinin_nəzarəti_altındadır
General Səbahifərd deyib: Qarabağ münaqişəsinin yenidən başlanmasından bəri ən yaxşı hava hücumundan müdafiə sistemlərini ölkənin şimal-qərb vilayətlərinin sərhədlərində yerləşdirmişik və bu bölgənin səmasını nəzarətdə saxlayırıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2020 16:36 Asia/Baku
  • İranın şimal-qərb səması ordunun hava hücumundan müdafiə qüvvələrinin nəzarəti altındadır

General Səbahifərd deyib: Qarabağ münaqişəsinin yenidən başlanmasından bəri ən yaxşı hava hücumundan müdafiə sistemlərini ölkənin şimal-qərb vilayətlərinin sərhədlərində yerləşdirmişik və bu bölgənin səmasını nəzarətdə saxlayırıq.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Əlireza Səbbahifərd ölkənin şimal-qərb sərhədlərindən baxış keçirərkən deyib: Biz İslami İranın səması ilə bağlı, heç bir ölkəyə təcavüz etmək və qanunu pozmaq icazəsi verməyəcəyik. O, sonra söyləyib: Ölkəmizin şimal-qərb sərhədlərindəki hava hücumundan müdafiə bazaları İrandakı üç min 700 nöqtə kimi sutkalıq şəkildə bütün hərəkətləri izləyib, təhlil edirlər.