İranın təklifi Bakı ilə İrəvan arasında barışıq yolu aça bilər
https://azeri.sahartv.ir/news/İran-i369048-İranın_təklifi_bakı_ilə_İrəvan_arasında_barışıq_yolu_aça_bilər
İran prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, İranın təklifi Bakı ilə İrəvan arasında barışıq yolu aça bilər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 30, 2020 05:36 Asia/Baku
  • İranın təklifi Bakı ilə İrəvan arasında barışıq yolu aça bilər

İran prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, İranın təklifi Bakı ilə İrəvan arasında barışıq yolu aça bilər.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Əraqçi deyib ki, hazırda olduqca həssas bir zamandır və tez bir zamanda Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün bərqərarı üçün qərar çıxarılmalı və onun üçün yol açılmalıdır. Əraqçi qeyd edib ki, İranın təklifi Bakı ilə İrəvan arasında barışıq yolu aça bilər.

Əraqçi Azərbaycan Respublikası və Rusiya rəsmilərilə görüş və məşvərətlərdən sonra cümə axşamı günü Ermənistanın paytaxtı İrəvana daxil olubdur.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini İrəvana daxil olarkən müxbirlərlə müsahibədə deyibdir ki, Bakı və Moskvada olduqca sıx və faydalı müzakirələr aparıb və sülh üçün həll yolunun tapılması barədə Ermənistan rəsmiləri ilə də müzakirələr aparmalıdır.

Əraqçi sonra bildiribdir ki, İran Azərbaycan Respublikası ilə Ermənistanın qonşulğunda yerləşir və hər iki ölkədən olan vətəndaşlar İranda bu ölkə vətəndaşları ilə sülh və asayişdə yaşayırlar və Tehranın mövqeyi daima müvazinətli bir mövqe olubdur.