Okt 31, 2020 16:49 Asia/Baku
  • İranın Qərbi Azərbaycan vilayəti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etməyə hazırdır

İranın Qərbi Azərbaycan vilayətinin valisi bu vilayətin Türkiyənin İzmir şəhərində zəlzələdən zərərçəkənlərə yardım etməyə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari bu gün Türkiyədə 6,6 bal gücündə zəlzələnin baş verməsindən təəssüfləndiyini bildirərərk, deyib: "Qərbi Azərbaycan vilayəti Türkiyənin ehtiyac duyduğu təqdirdə bu vilayətin nəcib insanlarının dəstəyi və yardım imkanlarına arxalanaraq, Türkiyəyə yardım etməyə hazırdır".

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sonra  Qərbi Azərbaycan vilayətinin valisinin göstərişi ilə bu vilayətin Qırmızı Aypara Cəmiyyəti təcili iclas keçirib və ehtiyac olacağı təqdirdəTürkiyədə zəlzələdən zərərçəkmişlərə yardım etmək üçün tədbirlər görülüb.

Birinci mərhələdə axtarış və operativ qruplara zəruri ehtiyac vasitələrini təmin etmək üçün çağırış edilib.

Qərbi Azərbaycan Türkiyə ilə sərhədi olan İranın yeganə vilayətidir və bu ölkə ilə 550 kilometrlik sərhəddi vardır. Türkiyənin qərbində yerləşən İzmir şəhərində dünən bir neçə dəfə yeraltı təkan baş verib, onlardan birində 6.6 bal gücündə zəlzələ bölgədəki yaşayış evlərinə ciddi ziyan vurub. 

Mediaların bildirdiyinə görə,  zəlzələ nəticəsində yüzlərlə insan ölüb və ya yaralanıbdır.

Teqlər