Qərbin hegemoniyası başa çatıb
İran xarici işlər naziri Karakasda Venesuelanın xarici işlər naziri Xorxe Areasa ilə görüşündə deyibdir ki, Qərbin hegemoniya dövrü başa çatıbdır.
SəhərAzəri xəbər verir, Zərif söyləyib: Bu gün Amerika və müttəfiqləri dünyada baş verənlərə nəzarət edə bilmirlər. Onlar nəzarəti itiriblər.
İran xarici işlər naziri vurğulayıb: Amerika digər ölkələrə göstərə bilməz ki, öz vətəndaşlarının hüquqlarını necə müdafiə etsinlər.
Venesuelanın xarici işlər naziri də bu görüşdə Karakas-Tehran əlaqələrinin zirvədə durduğunu bildirib. Qeyd edib ki, Maduro hökuməti lazım bilərsə, gələcəkdə İrandan silah ala bilər.
Zərif Venesuelada, həmçinin bu ölkə prezidenti Nikolas Maduro, xarici işlər nazirinin müavini Delsey Rodrigez və bu ölkənin bir sıra digər rəsmiləri ilə görüşüb və ikitərefli əlaqələrin inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparıb.
Samuel Robinson müəssisəsində tarixin Qərbdən sonrakı bir dünyaya doğru addımlamasına mane olmaq üçün Amerika və Qərb ölkələrinin qorxu yaratmaq taktikaları haqda çıxış etmək Zərifin Venesuela səfərinin digər proqramlarından idi.
Karakasdakı proqramının son mərhələsində Zərif Venesuelanın "Tele Sur" xəbər şəbəkəsində olaraq, ABŞ-dakı prezident seçkiləri, ABŞ-ın İran və Venesuelaya qarşı birtərəfli sanksiyaları və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin şəhid komandanı general Qasim Süleymaninin şəhid edilməsi ilə bağlı müxtəlif sualları cavablandırıb.
Zərif üç Latın Amerikası ölkəsi Venesuela, Boliviya və Kubaya səfərinin ilk etapında çərşənbə günü Venesuelaya daxil olub və öz venesuelalı həmkarı tərəfindən qarşılanıb.
Venesueladan sonra Zərif Kubaya yollanıb.
İran xarici işlər naziri Latın Amerikasına səfərinin davamında Boliviyanın yeni prezidenti Luis Arsenin andiçmə mərasimində iştirak etməlidir.