İran, Türkiyə və Rusiya Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirirlər
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Suriya böhranının həlli üçün ölkəsinin Astana prosesi çərçivəsində İran və Türkiyə ilə əməkdaşlığı davam etdirdiyini bildirib.
SəhərAzəri xəbər verir, Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Mariya Zaxarova noyabrın 10-da Rusiyanın Suriya böhranının həllini sürətləndirmək üçün Astana prosesinin qorunmasında maraqlı olduğunu bildirərək, deyib: "Rəsmi Moskva üçün bu prosesin təminatçısı olan üç ölkə arasında əməkdaşlıq səviyyəsi böyük əhəmiyyət kəsb edir".
Zaxrova ölkəsinin Türkiyə və İranla əməkdaşlığı davam etdirəcəyini qeyd edib.
Astana danışıqları 2017-ci ilin yanvar ayında Suriyada sülhə nail olmaq üçün İran İslam Respublikasının təşəbbüsü və Rusiya və Türkiyənin əməkdaşlığı ilə başlanıb.
Sözü gedən bu üç ölkə Astana prosesinin təminatçısı olaraq, Suriya böhranının həlli üçün səy göstərirlər.
Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün bu ölkəyə geniş hücumu ilə başlayıb.