İranın Azərbaycan Respublikasındakı səfiri bu ölkə şəhidlərinə hörmət ifadə edib
https://azeri.sahartv.ir/news/İran-i369387-İranın_azərbaycan_respublikasındakı_səfiri_bu_ölkə_şəhidlərinə_hörmət_ifadə_edib
İran İslam Respublikasının Bakıdakı səfiri və bu ölkədəki digər qurumlarının rəsmiləri Azərbaycan Respublikası şəhidlərinin xatirəsini əziz tutublar
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 09, 2020 16:47 Asia/Baku
  • İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi
    İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi

İran İslam Respublikasının Bakıdakı səfiri və bu ölkədəki digər qurumlarının rəsmiləri Azərbaycan Respublikası şəhidlərinin xatirəsini əziz tutublar

SəhərAzəri xəbər verir, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi və bu ölkədəki digər qurumlarının rəsmilərindən bir qrupu Azərbaycan Respublikasında bayraq günü münasibətilə Şəhidlər Xiyabanında olublar. Onlar iki ölkənin bayrağına hörmət ifadə edərək, şəhidlərin məzarı önunə gül dəstələri qoyub, onların xatirəsini əziz tutublar.

Musəvi, həmçinin bu mərasim çərçivəsində Qarabağın son müharibəsinin əlillərindən biri ilə təsadüfən görüşüb və ona təcili şəfa diləyib.