İranlı alimlər koronavirus haqda 1800-dən çox məqalə yazıblar
https://azeri.sahartv.ir/news/İran-i369468-İranlı_alimlər_koronavirus_haqda_1800_dən_çox_məqalə_yazıblar
İranlı alimlər cari 2020-ci ildə koronavirus mövzusunda 1800-dən çox məqalə yazıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2020 13:55 Asia/Baku
  • İranlı alimlər koronavirus haqda 1800-dən çox məqalə yazıblar

İranlı alimlər cari 2020-ci ildə koronavirus mövzusunda 1800-dən çox məqalə yazıblar.

SəhərAzəri xəbər verir, İran Ali Mədəni İnqilab Şurasının elm və texnologiya qərargahının sədr müavini Mənsur Kəbqaniyan deyib: 2020-ci ildə dünyada koronavirus barədə 67 min 712 məqalə dərc olunubdur ki, bu miqdardan iranlı alimlərin payı 1884 məqalədir.

Kəbqaniyan həmçinin İran universitetlərinin Asiya səviyyəsindəki yerinə işarə ilə söyləyib: Asiya universitetləri arasında Şərif və Əmir Kəbir adına sənaye universitetləri, Elm və Sənaye, Tehran və Şiraz universitetlərinə şamil olan beş İran universiteti yer alıbdır.