Noy 17, 2020 23:17 Asia/Baku
  • İran-İraq müdafiə əməkdaşlığı təhlükəsizlik yaradır

İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri ABŞ-ın bölgədəki terrorçuların yenidən genişləndirilməsinə çalışdığını söyləyərək, Tehran ilə Bağdad arasındakı müdafiə əməkdaşlığının İraqın təhlükəsizliyini yaxşılaşdıracağını vurğulayib.

SəhərAzəri xəbər verir, Məhəmməd Baqeri Tehranda İraqın Müdafiə naziri ilə görüş zamanı jurnalistlərə müsahibə verərkən, iki ölkə arasındakı geniş əlaqələrə və tarixi əməkdaşlığa işarə edib, İran və İraqın son dəqiqləşdirmələrdən keçən ikitərəfli əməkdaşlıq sənədinin hazırladığını söyləyib.

İraqın Müdafiə naziri ilə görüşünə toxunan Məhəmməd Baqeri, İraqın son illərdə İŞİD daxil olmaqla, bir neçə sui-qəsdlə qarşılaşdığını qeyd edərək, görüşün məqsədinin hər iki ölkədə təhlükəsizliyi inkişaf etdirmək və dərinləşdirmək olduğunu vurğulayıb. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, həmçinin İranın İraqla təlim, əməliyyat və məsləhətçi əməkdaşlığından bəhs edərək, İŞİD qalıqlarına qarşı mübarizə üçün İran İslam Respublikasının müşavirlərinin İraq döyüşçülərinə qoşulduğunu qeyd edib.

Teqlər