İran-Azərbaycan Respublikası sərhədləri sülh və dostluq sərhədləridir
https://azeri.sahartv.ir/news/İran-i369708-İran_azərbaycan_respublikası_sərhədləri_sülh_və_dostluq_sərhədləridir
İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, İran və Azərbaycan Respublikasının ortaq tarixi, mədəni və dini kökləri iki ölkə sərhədlərini əbədiyyətə qədər sülh və dostluq sərhədlərinə çevirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 18, 2020 07:01 Asia/Baku
  • İran-Azərbaycan Respublikası sərhədləri sülh və dostluq sərhədləridir

İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, İran və Azərbaycan Respublikasının ortaq tarixi, mədəni və dini kökləri iki ölkə sərhədlərini əbədiyyətə qədər sülh və dostluq sərhədlərinə çevirib.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sözlərinə reaksiyada bir tvitt-də yazıb: İran və Azərbaycan Respublikasının ortaq tarixi, mədəni və dini kökləri iki ölkə sərhədlərini əbədiyyətə qədər sülh və dostluq sərhədlərinə çeviribdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ölkənin İranla müştərək sərhədlərində olarkən bu sərhədi dostluq sərhədi adlandırıbdır.

Azərbaycan Respublikasının prezidenti bundan öncə də İran İslam Respublikasının prezidentilə telefon söhbətində İranla əlaqələrin ölkəsi üçün strateji mövqeyə malik olduğunu bildirmiş və belə demişdi: Tehran-Bakı əlaqələri son illər daima inkişafda olub və Bakı bu əlaqələrin genişlənməsini alqışlayır.