Noy 19, 2020 19:05 Asia/Baku
  • Zərif Və Lavrof Moskvada görüşəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran İslam Respublikası və Rusiyanın XİN başçıları Moskvada Qarabağ və Əhatəli Müştərək Təşəbbüs Proqramı ətrafında vəziyyəti müzakirə edəcəklər.

SəhərAzəri Taas-a istinadla xəbər verir ki,  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "23 noyabrda İran xarici işlər naziri Moskvada səfərdə olacaq və bu müddətdə Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparacaq. Dağlıq Qarabağ bölgəsindəki vəziyyət və Əhatəli Müştərək Təşəbbüs Proqramı daxil olmaqla, bir sıra aktual beynəlxalq mövzular ətrafında fikir mübadiləsini davam etdirmək planlaşdırılır. İranın nüvə proqramı ilə əlaqədar fəaliyyətləri, Suriyadakı vəziyyət, Əfqanıstan, Fars körfəzindəki vəziyyət də gündəliyə daxildir ".

Zaxarova əlavə edib ki, Lavrov və Zərif ikitərəfli mövzular, o cümlədən enerji və nəqliyyat sahəsindəki əsas birgə layihələrin icrasında ticarət və iqtisadi parametrlər, habelə mədəniyyət və humanitar əlaqələrin perspektivini araşdıracaqlar.

Qeyd edək ki, İran İslam Respublikası Dağlıq Qarabağ bölgəsindəki münaqişə tərəfləri olan Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs razılaşmasının əldə edilməsini dəstəkləyib.

Teqlər