General-mayor Dehqan:
"İran öz hərbi gücü ilə bağlı kimsə ilə müzakirə aparmayacaq"
İran İslam İnqilabının Böyük Rəhbərinin müdafiə məsələləri üzrə müşaviri vurğulayıb: "İran İslam Respublikası hərbi gücü ilə bağlı heç bir halda heç kimsə ilə müzakirə aparmayacaq".
SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbərinin müdafiə məsələləri üzrə müşaviri general-mayor Hüseyn Dehqan Qərb medialarının ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı ilə bağlı iddialarına münasibət bildirərkən, deyib: "Məhdud taktiki konflikt geniş müharibəyə çevrilə bilər. ABŞ, region və dünya qətiyyən belə böhrana tab gətirə bilməz"
General-mayor Dehqan ABŞ-ın İranla danışıqlar üçün şərt qoymaq niyyətində olduğu ilə bağlı deyib: "İran İslam Respublikası hərbi gücü ilə bağlı heç bir halda heç kimsə ilə müzakirə aparmayacaq".
İslam İnqilabının Böyük Rəhbərinin müdafiə məsələləri üzrə müşaviri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İranın nüvə təsisatlarında apardığı yoxlamalarla əlaqədar AEBA müfəttişləri "casus" olmadıqları müddətcə bu yoxlamaların davam edə biləcəyini vurğulayıb.
General-mayor Dehqan Fars Körfəzinin bəzi ərəb dövlətlərinin sionist rejimlə əldə etdiyi son razılaşmalar barədə deyib: "İsrail rejimin Qərbi Asiyadakı iştirakının artması "strateji bir səhvə" səbəb ola bilər".
İslam İnqilabının Böyük Rəhbərinin müdafiə məsələləri üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin şəhid komandanı ordu generalı Qasim Süleymaninin qanının qisası olaraq, İslam Respublikasının bütün Amerika qüvvələrinin regiondan qovulmasını tələb etdiyini vurğulayıb.