Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günü münasibətilə başsağlığı veririk
Bu gün, 1442-ci hicri qəməri ili rəbiussani ayının onu, 2020-ci il noyabrın 26-sı, dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın əziz bacısı Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günüdür.
SəhərAzəri xəbər verir, Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın pak hərəmi müqəddəs Qum şəhərində yerləşir. Bu şəhər dünya şiələrinin yeddinci imamı, İmam Musa Kazim(ə)-ın qızı Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü münasibətilə matəmə qərq olubdur.
Bu şəhərin əhalisi matəm nişanəsi olaraq, qara bayraqlar sancmaqla İslamın bu möhtərəm xanımına, həmçinin paklıq Əhli-Beyti(ə) xanədanına öz məhəbbət və hörmətini ifadə edir.
İslami İran xalqı hər il Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümündə hüseyniyyələr, məscidlər və o həzrətin Qum şəhərindəki pak hərəmində və İmam Rza(ə)-ın müqəddəs Məşhəd şəhərindəki pak ziyarətgahında olaraq, əzadarlıq edir ki, bu il koronavirus pandemiyasına görə, bu mərasimlər virtual və distant ziyarət formasında keçirilir.
Hazırda səhiyyə protokollarına riayətə görə, Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın pak hərəmində əzadarlıq tədbirləri media formasında və əhalinin iştirakı olmadan keçirilir.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatmeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü münasibətilə bütün müsəlmanlara, xüsusən dünya şiələrinə başsağlığı verir.