Noy 27, 2020 11:51 Asia/Baku
  • Bu gün; İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələri Günüdür

Bu gün (cümə) Azərin 7-si (27 Noyabr), İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələri Günü və Peykan Hərbi Gəmisi heyətinin fədakarlıq nümayış etdirməsinin ildönümüdür.

 

SəhərAzəri - Belə bir gündə baş tutan bir Əməliyyatda Peykan raket atan gəmi heyətinin İraqın əl-Bəkr və əl-Üməyyə neft ixracı terminallarının üçdə ikisindən çoxunu məhv edib və İran bayrağını həmin terminalların ən yüksək qüllələrində əsdirdilər.

Bu əməliyyatdan sonra 28 noyabr 1980-ci ildə Səddam rejimi, bölgə ölkələrinin və həmçinin bölgədən kənar ölkələrin casus təyyarələri və peyklərinin maddi-texniki və kəşfiyyat dəstəyi ilə bir daha Peykan raket atıcıya qarşı bərabər olmayan bir döyüşdə terminallarını geri almağa çalışdı. Amma Peykan gəmisi tək başına və ekipajının fədakarlığı sayəsində düşmənə aid olan bir sıra digər gəmilərini və təyyarələrini hadisə zərərsizləşdirməyə müvəffəq oldu.

Bu arada İran İslam Respublikasının banisi həzrət İmam Xomeyni(rəh), ölkənin adalarını, limanlarını, sahillərini və dənizlərini, xüsusilə Abadanı və Xürrəmşəhri və Fars Körfəzinin mavi sularını müdafiə etməkdə donanmanın şücaəti və qəhrəmanlığı münasibətilə, Azərin 7-si (27 Noyabr) gününü Ordunun Dəniz Qüvvəlri Günü olaraq adlandırdı.

 

 

 

 

Teqlər