Noy 28, 2020 10:33 Asia/Baku
  • İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb

İran İslam respublikası BMT Təhlükəsizlik Şurasına xitabən vurğulayıb: "İranın nüvə aliminin terrorunun arxasında sionist rejimin olmasına dair güclü dəlillər vardır".

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxti Rəvançi cümə günü bu beynəlxalq qurumun Təhlükəsizlik Şurasına bir məktun ünvanlayaraq, qeyd edib ki, İranın nüvə aliminin terror edilməsində sionist rejim məsuliyyət daşıyır.

İranın BMT-dəki nümayəndəsi, həmçinin ABŞ və sionist rejimin, xüsusilə Donald Trampın prezidentliyinin qalan müddəti ərzində ehtiyatsız hərəkətləri barədə xəbərdarlıq edib.

Təxti Rəvançi iranlı nüvə alimin terror edilməsini beynəlxalq hüquq normalarının pozulması və Qərbi Asiya regionunu məhv etmək üçün bir plan kimi dəyərləndirib və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasını bu terror aktını qınamağa çağırıb.

Qeyd edək ki, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırmalar və İnnovasiya təskilatının sədri Mühsün Fəxrizadə cümə günü Tehranın yaxınlığında terror hücumu nəticəsində şəhid edilib.

Teqlər