Dek 04, 2020 20:42 Asia/Baku
  • İran-Naxçıvan həmkarlıqları genişlənir

İranın Bakıdakı səfiri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ikitərəfli əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi bu gün Vasif Talıbovla görüşdə onunla ikitərəfli əməkdaşlıqların müxtəlif cəhətləri ətrafında fikir mübadiləsi aparıb.

Talıbov da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək istiqamətində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin aşkar və birbaşa, həmçinin İran İslam Respublikasının prinsipial mövqelərini yüksək dəyərləndirərək, deyib: Yeni dəyişikliklərlə, qarşılıqlı həmkarlıqlar bütün sahələrdə, xüsusən nəqliyyat və tranzit sahəsində diqqətəlayiq inkişafa malik olacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həmçinin iranlı alim Mohsen Fəxrizadənin şəhid edilməsi münasibətilə başsağlığı verərək, İran xalqının kədərinə şərik olubdur.

Teqlər