SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq rəsmiləri ilə görüşüb
İranın Bağdaddakı səfiri İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanının İraqın baş naziri və prezidenti ilə görüşdüyündən xəbər verib
SəhərAzəri xəbər verir, İrəc məscidi Əl-Aləm kanalına verdiyi müsahibədə, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı briqada generalı İsmail Qaaninin İraqın baş naziri Mustafa Əl-Kazimi, İraq prezidenti Bərhəm Saleh və bir neçə digər İraq rəsmisi ilə görüşdüyünü bildirib.
Məscidi sözlərinin davamında, İranın heç bir vəchlə İraq partiyaları və fraksiyalarının daxili işlərinə nüdaxilə etmədiyini, Lakin bu fraksiyaların İranla məsləhətləşməyə üstünklük verdiklərini vurğulayıb.
İranın İraqdakı səfiri, İranın bu ölkədəki hərəkətlərinin hökuməti gücləndirmək və siyasi cərəyanları və fraksiyaları birləşməyə təşviq etmək çərçivəsində olduğuna toxunaraq, deyib: "Müqavimət qruplarının amerikalılarla ciddi problemləri vardır; Donald Tramp heç kimi təhdid və ya təhrik etməməlidir, çünki müqavimət qruplarına qarşı hərəkət etsələr, şübhəsiz ki, cavabını alacaqlar".