İranda koronavirus üzrə səhiyyə protokollarına 90% riayət olunub
İranda koronavirusla milli mübarizə qərargahının sözçüsü ölkədə COVID-19 üzrə səhiyyə protokollarına doxsan faiz riayət olunduğunu bildirib.
SəhərAzəri xəbər verir, Əlireza Rəisi ölkədə koronavirusa yoluxmadan irəli gələn ölüm hallarının azalmasına işarə ilə deyib: Xalq tərəfindən səhiyyə protokollarına riayət olunmasından və koronavirusla milli mübarizə qərargahının bir sıra müdaxiləsindən sonra İranda COVID-19 xəstəliyinə tutulma və ondan irəli gələn ölüm hallarının sayı sürətlə azalmaqdadır.
İranda koronavirusla milli mübarizə qərargahının sözçüsü qeyd edib ki, ölkədə 278 şəhər narıncı, 106 şəhər isə sarı vəziyyətdədir.
O, deyib: Hər an xüsusi koronavirus məhdudiyyətlərinin geri dönməsi və şəhərlərin vəziyyətinin qırmızıdan narıncıya və ya əksinə çevrilməsi ehtimalı var.
Son statistikalara görə, İranda koronavirusa yoluxanların ümumi sayı təqribən bir milyon qırx min nəfərə çatıbdır ki, bu miqdardan indiyədək 730 min nəfərdən çox xəstə sağalıbdır.