Suriyanın xarici işlər naziri Tehrana daxil olub
Dek 06, 2020 21:24 Asia/Baku
Suriyanın xarici işlər naziri İran İslam Respublikasının rəsmiləri ilə görüşmək məqsədilə Tehrana səfər edib.
SəhərAzəri xəbər verir, İran Press-ə istinadla xəbər verir ki, Suriyanın yeni seçilmiş xarici işlər naziri Feysəl Əl- Miqdad özünün ilk xarici səfərində iranlı həmkarı Məhəmməd Cavad Zərif və İran İslam Respublikasının digər rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edib.
Feysəl Miqdad sabah Zəriflə görüşüb fikir mübadiləsi aparacaq.
Suriyanın prezidenti Bəşşar Əsəd bu ölkənin sabiq xarici işlər naziri mərhum Vəlid Əl-Müəllimin vəfatından sonra noyabrın 22-də bir sərəncam imzalayaraq, Feysəl Əl-Miqdadı bu vəzifəyə təyin edib.