İranın bioloji məhsullarının altmış faizi ixrac edilib
İranda istehsal edilmiş bioloji məhsulların altmış faizi ixrac edilib.
SəhərAzəri xəbər verir, Dərman xammalı, modern və bioloji dərmanlar, müxtəlif vaksinlər, kənd təsərrüfatı, sənaye və kosmetika üzrə məhsullar, probiotiklər və tibb avadanlıqları son bir ildə, istehsalı sürətləndiricilərin köməyilə artmış bioloji məhsullardandır.
Biologiya sahəsində 23 sürətləndiricinin fəaliyyəti və bu sahədə göstərilən səylərlə İranda istehsal olunan bioloji məhsulların altmış faizindən çoxu digər ölkələrə ixrac edilib.
İran Respublikasının elm sahəsi üzrə vitse-prezidentinin bildirdiyinə görə, bioloji məhsulların ixracı üzrə həmkarlıqlar/ əməkdaşlıq memorandumlarının imzalanması, texnoloji layihələrin birgə icrası və startap şirkətlərinin formalaşmasını himayə formasında həyata keçiriləcək.