Dek 12, 2020 10:25 Asia/Baku
  • Pakayin:

İranın Bakıdakı sabiq səfiri Ərdoğanın sözlərini əvvəlcədən planlaşdırılmış kimi xarakterizə edib və deyib:İran və Azərbaycan Respublikası arasındakı münasibətlərin məqsədyönlü açıqlamalar səbəbindən korlanmasına icazə verməməliyik."

SəhərAzəri xəbər verir,Möhsün Pakayin İRNA-ya verdiyi müsahibədə, Ərdoğanın Bakıdakı qələbə paradı zamanı müdaxiləçi sözlərinə toxunaraq, deyib: "Məncə Ərdoğanın sözləri nəinki, emosional deyildi, hətta tam məqsədyönlü və əvvəlcədən planlaşdırılmış idi".

İranın Bakıdakı keçmiş səfiri Türkiyə prezidentinin oxuduğu şeirə toxunub və əlavə edib: "Bu şeirin oxunması öz-özlüyündə İran İslam Respublikasının "Türkmənçay" və "Gülüstan" müqavilələri çərçivəsində ayrılmış və o tərəfə keçməyə məcbur edilmiş azəri hissələrini xatırladır".

Pakayin bu şeirlərin İlham Əliyevin hüzurunda oxunduğunun Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyini bəyan edərək, qeyd edib ki, Cənab Ərdoğan, həmçinin İrandakı Səhən və Savalanın adlarını pantürkist motivləri səbəbindən hallandırıb".

Pakayin Ərdoğanın əsas məqsədinin İran İslam Respublikası və Azərbaycan Respublikasını təhrik etmək və iki ölkəni bir-birlərinə qarşı mövqe tutmağa məcbur etmək olduğunu bildirib və əlavə edib: Ərdoğanın iki ölkə üçün qurduğu tələdə əsir olmamaq üçün tam ehtiyatlı olmalıyıq".

Teqlər