İranın Türkiyədəki səfiri bu ölkənin XİN-ə çağırılıb
Türkiyənin Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfirini Rəcəb Tayyib Ərdoğanın müdaxiləçi sözlərinə reaksiyalar dedikləri ilə bağlı çağırıb.
SəhərAzəri xəbər verir, Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanatda iddia edib ki, narahatlıqları bildirmək üçün başqa vasitələr olduğu halda, İranın xarici işlər naziri "Twitter" vasitəsilə Türkiyəni hədəfə alıb.
Ərdoğanın normadan kənar və müdaxilə xarakterli sözləri bütün iranlıların geniş reaksiyası ilə üzləşib və iranlılar yekdilliklə onu kəskin şəkildə qınayıbıar.
İran İslam Respublikası xarici işlər naziri Türkiyə prezidentinin Bakıdakı açıqlamalarına reaksiya olaraq, bir tvitdə yazıb: "Heş kim bizim əziz Azərbaycanımız haqqında danışa bilməz".
Məhəmməd Cavad Zərif vurğulayıb: "Ərdoğana deməyiblər ki, Bakıda səhv oxuduğu bir şeir, Arazın şimal bölgələrinin öz doğma torpaqları olan İranla zorla ayrılmasından bəhs edir!".
"Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyinin fərqində deyilmi", - deyə Zərif əlavə edib.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə də deyib: "Dekabrın 10-da Türkiyə səfiri Avrasiya məsələləri üzrə baş direktor və nazir müavini tərəfində Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilərək, vurğulanıb ki, İran İslam Respublikası Türkiyə hökumətinin dərhal izahat verməsini tələb edir".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi münasibətilə keçirilən Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi paradında iştirak etmək üçün dekabrın 9-da Bakıya səfər edib.
Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi bu mərasimdə Ərdoğan İran və Azərbaycan Respublikası sərhəddində yerləşən Araz çayı haqqında separatçı çağırışlara yer verən bir beyt şeir oxuyub.