İran iğtişaşların təşviqatçısını cəzalandırdı
Dek 12, 2020 14:20 Asia/Baku
İrandakı iğtişaşların lideri Zəm bu gün səhər saatlarında asılaraq cəzalandırılıb.
SəhərAzəri xəbər verir, “Telegram”-dakı xəbər kanallarından birinin rəhbəri Ruhulla Zəm edam edilib.
Özünü İrandakı iğtişaşların lideri hesab edən Zəm öz dağıdıcı fəaliyyətlərinə görə bu gün səhər saatlarında asılaraq cəzalandırılıb.
Bildirilir ki, o, xaricdən idarə etdiyi xəbər kanalı vasitəsi ilə İran barədə saxta məlumatlar yayaraq “xarici kəşfiyyat orqanlarının alətinə” çevrilib.
Xatırladaq ki, Zəm 2019-cu il 14 oktyabrda Fransa, ABŞ və sionist rejim kəşfiyyat xidmətləri ilə əməkdaşlıq və dövlət əleyhinə fəaliyyətinə görə tutulub.