Dek 13, 2020 18:57 Asia/Baku
  • AB-dən Ruhollah Zəmin casusluğu üzrə cəza hökmünün icrasına reaksiya

Avropa Birliyi bir bəyanatda İranda casusluqda ittiham olunan Ruhollah Zəmin edam edilməsini tənqid edib.

SəhərAzəri xəbər verir, Avropa Birliyi şənbə günü İranın daxili işlərinə qarışma mahiyyətli bir bəyanatda iddia edib ki, Ruhollah Zəmin məhkəmə prosesi ədalətsiz olubdur.

Ruhollah Zəm məhkəmədə etiraf etdi ki, əks-inqilabçı və casusluq xidmətləri üçün bir neçə il casusluq edibdir. Onun hərəkətlərindən bir sırası, yüksək rütbəli hərbi komandanların, xüsusən şəhid general-leytenant Soleymaninin fəaliyyətlərini açıqlamaq və zorakı qiyam metodlarını təlim keçmək olubdur.

Avropa Birliyi öz bəyanatında belə bir keçmişə malik olan bir casusa edam cəzasının verilməsini üzdəniraq «rəhmsizcəsinə və qeyri-insani bir addım» kimi qələmə veribdir.

İranın İnqilab Məhkəməsi Ruhollah Zəmə qarşı ittihamlardan on üç halı "فساد فی‌الارض"in bariz nümunəsi hesab edərək, onu edama məhkum etdi.

Ruhollah Zəm şənbə günü səhərçağı öz əməllərinin cəzasını alaraq, dar ağacından asıldı.

Avropa Birliyi elə bir halda İranın məhkəmə aparatında bir illik proseslə, açıq-aşkar dəlillər və möhkəm faktlarla xain bir şəxsə qarşı cəza hökmünün icrasını tənqid edibdir ki, İranın müdafiə və nüvə alimi şəhid Mohsen Fəxrizadənin qəddarcasına terror edilməsi barədə indiyədək heç bir qətiyyətli mövqe tutmayıb və sükuta dalıbdır.

Teqlər