Fransanın Tehrandakı səfiri İranın XİN-ə çağırılıb
Fransanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb
SəhərAzəri İRİB-ə istinadən xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyinin Ruhullah Zəmin edam hökmünün icra edilməsi ilə bağlı dünən yaydığı bəyanata etiraz olaraq, Fransanın Tehrandakı səfiri Filip Tyebu İranın Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru və nazir müavini tərəfindən çağırılıb və etiraz halları ona bəyan edilib.
Bundan əvvəl də Avropa Birliyinin bəyanatına etiraz olaraq, Almaniyanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, Ruhullah Zəm İran İslam Respublikası quruluşuna qarşı psixoloji müharibə və düşmənin mətbuat orqanlarının liderlərindən biridir və casusluq, yüksək hərbi komandanların, xüsusən də şəhid general-leytenant Qasim Süleymaninin fəaliyyətlərini açıqlamaq, İrana qarşı sanksiyaların sərtləşdirilməsində ABŞ ilə əməkdaşlıq və zorakı qiyamların metodlarını təlim keçməkdə ittiham olunaraq, şənbə günü (12 dekabr) edam edilib.